XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

08 Dekabr 2018 - 20:35

Kataloniyada “sarı jiletlər” aksiyası hazırlanır- Gənclər təşkilatı hərəkətə keçib

Fransada baş verən “sarı jiletlər” üsyanından nümunə götürən Kataloniya separatçı hərəkatı dekabrın 21-də Barselonada aksiya keçirməyə hazırlaşır.

AZƏRTAC ispan KİV-lərinə istinadla xəbər verir ki, sol təmayüllü “La Forja-Jovent Revolucionari” gənclər təşkilatı İspaniya Nazirlər Şurasının həmin gün Kataloniya paytaxtında keçirəcəyi səyyar iclası pozmaq niyyətindədir.

Onlar bəyan ediblər ki, hökumət üzvlərinin Barselonaya səfəri müddətində keçiriləcək aksiyanı əlaqələndirmək üçün müxtəlif təşkilatlarla danışıqlar aparıblar. Təşkilatın bəyanatında qeyd olunur ki, aksiyanın məqsədi iclasın normal şəraitdə keçməsinə mane olmaqdır.

Təşkilatçılar tərəfindən “Telegram” sosial şəbəkəsində etiraz aksiyasında iştirak etmək istəyən və Kataloniyada həyatı tamamilə iflic etmək niyyətində olan vətəndaş qruplarının kanalları yaradılıb.