XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2018 - 20:52

Qar və çovğun İranın 12 vilayətini caynağına alıb- 24 dağlıq ərazidə zərərçəkənlərə yardım edilib

İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İsfahan, Tehran, Şimali Xorasan, Qəzvin, Kürdüstan, Kirmanşah, Lorestan, Mazandaran, Mərkəzi və Həmədan vilayətləri qar və çovğun altındadır. 24 dağlıq ərazidə zərərçəkənlərə yardım edilib.

Trend-in məlumatına görə, bunu İranın Xilasetmə və Yardım Təşkilatının sədr müavini Şahin Fəthi deyib.

Onun sözlərinə görə, 2 150 nəfərə yardım edilib, 103 nəfər müvəqqəti məkanlara yerləşdirilib. Həmçinin 321 avtomobil qardan çıxarılıb.