XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 Dekabr 2018 - 15:42

Paşinyandan seçici fəallığının az olmasına şərh:"İndi avtobuslarla seçici daşınmır"

Ermənistanda bu gün keçirilən parlament seçkisində seçici fəallığının kəskin azlığı diqqət çəkib.

Mərkəzi Seçki Komissiyası saat 11:00-a olan məlumata görə seçici fəallığının 7,76% olduğunu açıqlayıb.

Ermənistanın baş naziri səlahiyyətlərini yerinə yetirən, seçkidə “Mənim Addımım” Bloku ilə iştirak edən Nikol Paşinyan sosial şəbəkə hesabından buna reaksiya verməyə məcbur olub.

“Saat 11:00-a əsasən, seçici fəallığı əvvəlki seçkilərə görə çox aşağıdır. Bunun da izahı var: əvvəllər “Qazel” və avtobuslar seçiciləri məntəqələrə gətirmək üçün resylərini dəyişirdilər, amma indi belə bir şey yoxdur”, – Paşinyan qeyd edib.

Paşinyan xalqın demokratik prosesdə fəallığı, kütləvi şəkildə onu dəstəkləməsi haqda yaratmaq istədiyi rəyin dağılmasından narahatlığını isə belə ifadə edib:

“Ümid edirəm ki, seçicilər nəhayət ki, ayılacaq, qəhvələrini içdikdən sonra öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün seçki məntəqələrinə yollanacaqlar. Bəzi vilayətlərdə çiskinli hava olmasına baxmayaraq, ümid edirəm ki, siz evdə oturmayacaqsınız. Mütləq gəlib səs verin və öz hökumətinizi formalaşdırın, onsuz da indi hakimiyyət xalqa məxsusdur”.

Axar.az