XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2018 - 17:16

“Taliban”çılar Əfqanıstanda hərbi bazaya hücum edib –Ölən və əsir düşənlər var

 

“Taliban” silahlıları Əfqanıstanda hərbi bazaya hücum edib.

Bu barədə “Report” “Pajhwok” agentliyinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Farah vilayətində, Bala Buluk rayonunda olub. Vilayət Şurasının üzvü Dadullah Keynin sözlərinə görə, hücum zamanı 8 əsgər həlak olub, daha 10 nəfər itkin düşüb.

Silahlılar hərbi bazadan silah və döyüş sursatları aparıblar.