XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2018 - 21:39

Netanyahudan “Tunel əməliyyatı” haqda bəyanat:"Hər hansı təhdid olarsa, daha böyük qüvvə ilə Qəzzanı vuracağıq"

“İsrail ordusu Hizbullahın şimal sərhədimizdəki təhlükəli tunellərini bir-bir məhv etmək üçün əməliyyatları davam etdirir”.

Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Hazırda ordumuz İranı Suriyadan çıxarmağa və Hizbullahın qarşısını almağa çalışır. Üçüncü bir cəbhənin açılmasına – fələstinlilərə qarşı əməliyyatın başlamasına lüzum yoxdur. Lakin əgər hər hansı təhdid olarsa, daha böyük qüvvə ilə Qəzzada əməliyyata başlayacağıq”, – Netanyahu bildirib/Axar.az.