XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

10 Dekabr 2018 - 14:41

“Britaniya Avropa İttifaqından çıxmaq barədə bildirişi geri götürə bilər” –QƏRAR

Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxmaq barədə bildirişi geri götürərək Aİ-nin üzv ölkəsi statusunu tam saxlamaq hüququna malikdir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının məhkəmə instansiyasının qərarında deyilir.

Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxmaq barədə bildirişi birtərəfli qaydada geri götürə bilər. Konstitusiya normalarına uyğun olaraq atılan bu addım Birləşmiş Krallığın üzv ölkə statusu dəyişilmədən ittifaqda qalmasına gətirib çıxarar”, – bu müddəa məhkəmənin mətbuat xidməti tərəfindən dekabrın 10-da yaylan qərarda əksini tapıb.

Sənədə əsasən, bildiriş “müvafiq dövlətlə ittifaq arasında çıxış üzrə saziş qüvvəyə minənədək və ya Aİ tərkibindən çıxmaq niyyəti barədə bildirişdən sonra iki illik müddət bitənə qədər bağlanmayanadək geri götürülə bilər.

Xatırladaq ki, Böyük Britaniya 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməlidir. Brexit barədə saziş layihəsi noyabrın 14-də elan olunub. O, vətəndaşların hüququ, maliyyə tənzimlənməsi, keçid dövrü, idarəçilik məsələləri kimi bütün əsas aspektləri, həmçinin İrlandiya və Cəbəllütariqlə bağlı protokolları əhatə edir. Saziş layihəsi Aİ-yə üzv 27 ölkənin noyabrın 25-də keçirilmiş növbədənkənar sammitində qəbul olunub.