XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2018 - 16:30

Fransa prezidenti partiyaların nümayəndələri ilə görüşdü –Makron axşam xalqa müraciət edəcək

Dekabrın 10-da Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronun həmkarlar ittifaqları və partiyaların nümayəndələri ilə görüşü olub.

TASS informasiya agentliyi xəbər verir ki, görüşə ümumilikdə 30-40 nümayəndə qatılıb. Danışıqlarda, həmçinin nazirlər kabinetinin nümayəndələri, o cümlədən Baş nazir Eduar Filipp, daxili işlər naziri Kristof Kastaner, ekoloji keçid naziri Fransua de Rüji, iqtisadiyyat və maliyyə naziri Brüno Le Mer də iştirak ediblər.

İclasın yekunlarına dair prezident xalqa müraciət etməlidir. Prezidentin bəyanatı yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 23:00) planlaşdırılır. Fransanın əmək naziri Müriel Penikonun sözlərinə görə, Makron “sarı jiletlər” hərəkatının etiraz aksiyaları ilə bağlı yaranmış vəziyyətin nizamlanması üçün “konkret və təcili tədbirləri” təqdim etmək niyyətindədir.