XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2018 - 17:24

ATƏT Ermənistandakı seçkilərə rəy verdi:Fundamental hüquqlara sayğı, geniş ictimai inam mühitində keçirilib

“Ermənistanda vaxtındanəvvəl seçkidə fundamental azadlıqlara sayğı göstərilib, seçki geniş ictimai inam və əsl rəqabətlə xarakterizə olunub”.  Bunu beynəlxalq müşahidəçilər dekabrın 10-da bildirib.

Seçkidə səslərin 70,4 faizini yığmış Nikol Paşinyanın “Mənim addımım” alyansı parlamentdəki çoxluğa yiyələnib. İndi o, rahatlıqla korrupsiyayla mübarizə proqramını irəli apara, iqtisadiyyatda islahatlar gerçəkləşdirə biləcək.

ATƏT təmsilçilərinin daxil olduğu monitorinq missiyası ilkin bəyanatında bildirib ki, seçkilər fundamental hüquqlara sayqı, geniş ictimai inam mühitində keçirilib və bu, gələcək seçki islahatları vasitəsilə qorunub saxlanmalıdır.

Media da daxil olmaqla açıq siyasi debat dinamik seçki kampaniyasına töhfəsinə verdi, ancaq bəzi hallarda onlayn qızışdırıcı ritorika narahatlıq yaradıb”, – bəyanatda deyilir.

Ermənistanda indiyədək keçirilən seçkilərdə saxtakarlıq, səslərin alınması hallarının olduğu bildirilib. Beynəlxalq müşahidəçilər bəyanatda mayda Seçki Məcəlləsinə olunan dəyişiklikləri alqışlayır. Həmin dəyişikliklərlə media müşahidəçilərinə məhdudiyyət qaldırılıb, seçki pozuntularına görə cərimələr artırılıb.

Artıq seçicilər öz mesajlarını veriblər, indi Ermənistanın siyasi rəhbərliyi bunun qorunub saxlanmasına təminat verməli, bu gün verdiyimiz pozitiv dəyərləndirməni tamamilə möhkəmləndirəcək islahatlar həyata keçirməlidirlər”, – ATƏT-in qısamüddətli müşahidə missiyasının koordinatoru və lideri Peter Osusky deyib.

(Azadlıq radiosu)