XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

10 Dekabr 2018 - 19:45

“Sarı jiletlilər”dən növbəti tələb:“Makrona istefa, Fransa Avropa İttifaqından çıxsın!”

Fransada vergilərin azaldılması üçün küçələrə axışan etirazçılar bu dəfə də geyim mağazalarına hücum ediblər.

Sputnik Azərbaycan-ın xəbərinə görə, etirazçıların geyim mağazalarını talaması ilə bağlı görüntülər sosial şəbəkələrdə də yayılıb.

Məlumata görə, hökumətin vergi siyasətinə qarşı keçirilən son etiraz aksiyasında 1500-dən artıq etirazçı iştirak edib.

Xatırladaq ki, ötən aydan etibarən “sarı jiletlilər” adlanan etirazçılar Fransada benzin və benzinə tətbiq olunan yeni vergilərin ləğv edilməsi tələbi ilə müxtəlif şəhərlərdə aksiya keçirirlər.

Bu arada, Fransada davam edən etiraz aksiyalarında ölkənin Avropa İttifaqından (Aİ) çıxması tələb olunub.

Etirazçılar ölkə başçısı Emanuel Makronun artıq Fransada keçirilən etiraz aksiyalarına nəzarəti itirdiyini iddia edərək, onun istefasını və ölkənin Aİ-dən çıxmasını tələb ediblər.

Məlumata görə, minlərlə etirazçı polislərin müdafiə tədbirlərini yerlə-yeksan edərək hökumətin istefası üçün müxtəlif şüarlar səsləndiriblər. Artıq bir neçə həftədir davam edən etiraz aksiyası zamanı 400-dən artıq şəxs həbs edilib. Buna baxmayaraq, etirazçılar polislərin müqavimətini qıraraq güc tətbiq ediblər.