XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2018 - 20:44

Paşinyan:"Ermənistan NATO üzvlüyünə can atmır"

“Ermənistan NATO üzvlüyünə can atmır”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan mətbuat konfransında deyib.

“NATO ilə münasibətlərimiz var, təşkilat çərçivəsində Əfqanıstanda, Kosovoda və s. yerlərdə sülhməramlı missiyalarda iştirak edirik, bu əməkdaşlıq davam edəcək”, – deyə hökumət başçısı vurğulayıb.