XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2018 - 21:16

Baş nazir “Brexit”lə bağlı səsverməni ləğv etdi –Tereza Mey parlamentdən dəstək ala bilmir

Böyük Britaniyanın baş naziri Tereza Meyin, “Brexit” razılaşması (ölkənin Avropa Birliyindən çıxması) ilə bağlı İcmalar Palatasındakı sabahkı səsverməni təxirə salındığını bəyan edib.

Bu barədə dekabrın 10-da “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadla xəbər verir. Səsvermənin nə vaxt olacağı hələlik bəlli deyil. Tereza Mey elə həmin gün bundan əvvəl kabinetin aparıcı üzvləri ilə görüşüb və çox güman ki, bu qənatə gəlib ki, razılaşmanı parlamentdən keçirmək üçün lazımi dəstək ala bilməyəcək.

Əgər kabinet səsvermədə uduzsa, Brüssellə danışıqların davam etdirilməsi, vaxtındanəvvəl seçki və ya hətta “Brexit”lə bağlı təkrar referendum keçirilməsi mümkün variantlardan biri ola bilər.

Britaniyanın Avropa Birliyindən çıxmasına qarşı çıxanlar Avropa Məhkəməsinin dekabrın 10-da qəbul etdiyi qərarı alıqşlayırlar.

Həmin qərar əsasən, Britaniya birtərəfli qaydada “Brexit”dən imtina edə bilər.

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər. Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalıdır. Bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalıdır.

(Azadlıq radiosu)