“Çin qarşıdakı 25 ildə ABŞ üçün ən böyük təhlükədir”.
Strateq.az bildirir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo müsahibəsində deyib.
“Doğurdanmı, Çin Qərb üçün Rusiya və İrandan da daha təhlükəlidir?” sualının cavabında dövlət katibi bildirib ki, “bu barədə heç bir şübhə ola bilməz”.
Pompeonun sözlərinə görə, beş, on, 25 illik müddətdə sadə demoqrafik göstəricilərə və var-dövlətə görə Çin ABŞ-ın ən böyük probleminə çevriləcək. Dövlət katibi qeyd edib ki, ABŞ bütün cəbhələrdə öz mövqeyini müdafiə etməyə hazırdır.