XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 15:36

İran ballistik raketi sınağı keçirdiyini təsdiqlədi:"Sonuncu test buraxılışımız vacib əhəmiyyət daşıyıb"

İran bir müddət əvvəl ballistik raketlərinin yeni sınağını keçirdiyini təsdiq edib.

Məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə yayıb.

“Biz raket sınaqları keçiririk. Sonuncu test buraxılışımız vacib əhəmiyyət daşıyıb. Hər il İran öz raketlərinin 40-50 buraxılışını gerçəkləşdirir. ABŞ hökumətinin reaksiyası göstərir ki, bu mövzu onlar üçün çox vacibdir”, – deyə o, bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo İranın yeni ballistik raket sınağının Avropa üçün təhdid olduğunu açıqlamışdı/Axar.az.