Əfqanıstanın paytaxtı Kabil şəhərinin kənarında törədilən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb, daha 9 nəfər yaralanıb.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölənlər arasında 2 qadın, 2 uşaq və 4 nəfər hərbçi var. Xəsarət alanların da 6-sı hərbçidir.
Hücumun məsuliyyətini radikal təmayüllü “Taliban” təşkilatı üzərinə götürüb/Report.