XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 20:37

“Fəaliyyətimizi maliyyələşdirmək üçün vəsait yoxdur” –İsrailli diplomatların maaşları verilmir

İsrailin bir neçə səfiri Baş nazir Binyamin Netanyahu ilə görüşdə ona Xarici İşlər Nazirliyinin və xarici diplomatik nümayəndəliklərin maliyyələşməsi ilə bağlı şikayət ediblər.

Bu barədə “Times of İsrael” nəşri yazıb.

Dünən İsrailin Niderlanddakı səfiri Aviv Şir-on xarici nümayəndəliklərin rəhbərlərinin illik görüşü çərçivəsində Baş nazir Netanyahu ilə qapalı görüşdə ölkənin Xarici İşlər Nazirliyinin hələ bu qədər çətin vəziyyətdə olmadığını söyləyib.

“Fəaliyyətimizi maliyyələşdirmək üçün vəsait yoxdur”, – deyə diplomat, həm də ölkənin xarici işlər naziri vəzifəsini icra edən Baş nazirə şikayət edib.

Öz növbəsində, İsrailin Almaniyadakı səfiri Ceremi İssaxaroff insanların maaş almadan işləyə bilməyəcəyini diqqətə çatdırıb.

Fransadakı səfir Aliza Bin Nun bildirib ki, İsrail cəmiyyətində müvafiq vasitələr olmadan ölkənin mesajlarını xarici tərəfdaşlara çatdıra bilməyən XİN əməkdaşları barəsində mənfi obraz formalaşıb.

Bu tənqidlərin cavabında Netanyahu fondların həddindən artıq mərkəzsizləşdirildiyini etiraf edib və seçkilərdən sonra onları nazirliyə qaytaracağına söz verib.

Baş nazir, həmçinin xarici işlər naziri təyin olunacağı vədini verib/Report.