XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2018 - 22:47

Yəməndə döyüşlər ara verir –BMT-nin vasitəçiliyi ilə ilkin danışıqlar nəticə verir

BMT-nin sponsorluq etdiyi sülh danışıqlarında tərəflər müharibənin ərzaq və humanitar yardım çatdırılmasını çətinləşdirən Yəmənin mühüm liman şəhəri olan Hodeydada döyüşlərə son qoymaq barədə ilkin təklifi rədd edib.

Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya silahları yerə qoyacaq. Şəhərə nəzarət edən İranın dəstəklədiyi Husi üsyançıları isə geri çəkiləcək. Vəziyyətə müvəqqəti olaraq BMT administrasiyası nəzarət edəcək.

İlkin rədd cavabına baxmayaraq, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi və Stokholm yaxınlığında keçirilən danışıqlara vasitəçilik edən Martin Qriffits deyib ki, bu, sadəcə qətnamənin ilkin məzmunudur və bu kimi təkliflər daim dəyişilməli olur.

“Bu, müzakirələrin başlanğıcıdır. Mən Yəmən prezidenti və əlbəttə, digər tərəflə Yəmən böhranının siyasi həll yolunu harada və nə zaman müzakirə etmək üçün bizi buraya gətirən prezident Hadi ilə danışacağıma ümid edirəm” – deyə, Martin Qriffits bildirib.

Danışıqlara Yəmənin üçüncü ən böyük şəhəri olan Taizdə döyüşləri dayandırmaq da daxildir.

Bu, 2016-cı ildən bəri Yəməndə ilk mühüm sülh danışıqlarıdır. Husi və Səudiyyə Ərəbistanının hava hücumlarının köməyi ilə Yəmən qüvvələri arasında döyüşlər 2014-cü ildə başlayıb və saysız mülkü vətəndaş da daxil olmaqla, müharibədə 10 mindən çox insan həlak olub.

(Amerikanın səsi)