XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 10:30

Hillari Klinton və Con Kerri hind toyunda rəqs etdilər –VİDEO

Hindistanın ən zəngin adamı Mukeş Ambaninin 27 yaşlı qızı İşa ilə  33 yaşlı maqnat Anand Pirmalın ötən bazar günündən başlayan toy mərasimi yeni həftəyə də damğasını vurub.

Strateq.az xəbər verir ki, 3 günlük toy mərasimində iştirak edən məşhurlar, o cümlədən Hillari Klinton, Con Kerri, Şahrux Xan, Karan Cohar, Yanxvi Kapur, Nik Conas və başqalarının foto-video görüntüləri dünya KİV-lərinin ilk səhifələrini zəbt edib.

Sosial şəbəkələrdə də bu möhtəşəm toya dair xeyli paylaşmalar var. Son videoların birində isə ABŞ-ın sabiq Birinci xanımı və keçmiş dövlət katibinin Bollivud musiqisinin sədaları altında necə rəqs etdiyi əks olunub.