XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 13:41

Yaponiya Çinlə danışıqları dayandırmağı planlaşdırır- Telekommunikasiya avadanlığının alınması üzrə

Telekommunikasiya avadanlığının alınması ilə bağlı prosedurların dəyişdirilməsi barədə qərar Çinin bir sıra istehsalçılarını əhatə etsə də, Yaponiya çalışır ki, bu, iki ölkə arasında münasibətlərə mənfi təsir göstərməsin.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Pekin Tokionu yapon tərəfinin imtina etməyə hazırlaşdığı siyahıda Çin firmalarının məhsullarının yer almamasına çağırır. Yaponiya hökuməti növbəti maliyyə ilindən başlayaraq, satınalmalar zamanı milli təhlükəsizlik maraqlarının əsas götürülməsi barədə qərar qəbul edib. Bu qərar kiberhücumlar nəticəsində informasiya sızmalarının qarşısını almaq məqsədi daşıyır.

Yaponiya hökuməti bildirir ki, qərar hər hansı bir konkret firmanı nəzərdə tutmur. Buna baxmayaraq, Çinin “Huawei” və “ZTE” şirkətlərinin məhsullarının qadağan edilən siyahıda yer alacağı güman olunur.

ABŞ Prezidenti Donald Trampın administrasiyası da bu iki şirkətin məhsullarının dövlət müəssisələri tərəfindən istifadəsinə qadağa qoyulmasını planlaşdırır.