XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2018 - 14:13

Terrorizm təhlükəsinin qlobal indeksi açıqlanıb- SİYAHI

Avstraliyadakı İqtisadiyyat və Dünya İnstitutu dünyada terrorizm təhlükəsinin qlobal indeksini dərc edib.

AZƏRTAC Qırğızıstanın ca-news agentliyinə istinadla xəbər verir ki, Mərkəzi Asiya dövlətləri arasında terrorizm təhlükəsi az olan ölkələr – Tacikistan 74, Qırğızıstan 70, Qazaxıstan 75-ci yerdədir. Özbəkistan isə terrorizm təhlükəsi çox az olan ölkələr sırasındadır və siyahıda 132-ci yerdə qərarlaşıb. Türkmənistan terrorizm təhlükəsi olmayan ölkələrdən hesab edilib və 138-ci yerdədir.

İraq, Əfqanıstan, Nigeriya, Suriya, Pakistan və Somali terrorizm təhlükəsi çox yüksək olan ölkələr sırasındadır.

Qeyd edək ki, terrorizmin qlobal indeksi son beş il üçün terror aktlarının, terror nəticəsində həlak olanların və yaralananların ümumi sayı, terror aktlarının əmlaka vurduğu zərərin dərəcəsinə əsasən tərtib olunur.