XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 14:42

Prezident Tramp:"Xaşuqçinin qətli məsələsinə çox da baş qoşmaq istəmirəm"

ABŞ Prezidenti Donald Tramp deyir ki, Yaponiya və Avropa Birliyindən idxal olunan avtomobillərə tarif qoyulması ticarət danışıqlarından asılıdır. “Danışıqlar yaxşı getməsə, bu, variantlardan biridir”.

Strateq.az bildirir ki, Tramp bunu “Röyter” Agentliyinə müsahibəsində bildirib.

Prezident Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səudiyyəli jurnalist Camal Xaşuqçinin İstanbuldakı konsulluqda qətlində əli olub-olmaması barədə sualı da cavablandırıb. “Bu məsələyə çox baş qoşmaq istəmirəm. Onu deyə bilərəm ki, o ‘yox’ deyir, digərləri ‘yox’ deyir, bəziləri ‘hə’ deyir. Fakt odur ki, bilirsiniz, o bunu hiddətlə rədd edir. Vəliəhd şahzadə bunu hiddətlə inkar edir”.

Bəs jurnalistin öldürülməsinə görə hansı addımlar atıla bilər? Prezident ümid edir ki, adamlar Səudiyyənin Rusiya və Çinə yönəldə biləcəyi yüz milyardlarla dolları bizim götürməli olmadığımızı düşünmürlər: “Yüzminlərlə iş yerindən söhbət gedir. Nəhəng hərbi və digər kontraktlardan söhbət gedir. Ümid edirəm, belə bir tövsiyə irəli sürülmür. Ancaq iş gedir. Bəzi senatorla mənimlə görüşürlər”.

Konqresdəki demokratlarla münasibətinə gəlincə, Tramp deyib:

İki yoldan birini getməliyik. Ya kampaniya başladılmalı, onları prezidenti təqib etməlidirlər. Ya da birlikdə işləyərək böyük həcmdə qanunvericilik əldə etməliyik. Üçüncü yol yoxdur. Hər ikisini eyni vaxtda edə bilmərik”.

İmpiçment onu narahat edirmi?

Pis bir iş görməyən, ölkəmizin tarixində ən böyük iqtisadiyyatı yaratmış birini impiç etmək çətindir. Xeyir, narahat deyiləm. Məncə, bu baş versə, adamlar üsyan edər”, – Prezident Tramp vurğulayıb.

Noyabrın 6-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası Nümayəndələr Palatasında üstünlüyü ələ alıb, hakim Respublikaçılar isə Senatda mövqeyini möhkəmləndirib.

İkinci müddətə seçilməsinə gəlincə, Tramp təkrar seçilə biləcəyini düşünür. “Rəy sorğularına baxıram. Dünən Rasmussen 50 faiz deyirdi, elədir? Bu, Obamanın reytinqindən yüksəkdir”, – o deyib.

(Azadlıq radiosu)