XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 16:24

Əsədulla Qaraxani:"OPEK son anda İranın təklifini qəbul etməyə məcbur oldu"

OPEK son anda İranın təklifini qəbul etməyə məcbur oldu.

Trend-in məlumatına görə, bunu OPEK-in son iclasında İran parlamentinin Energetika Komissiyasının sözçüsü Əsədulla Qaraxani deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar tərəfi neftin qiymətinin ucuzlaşması və istehsalın azaldılmasını istəyirdi. Çünki neftin istehsalının azaldılması və neftin ucuzlaşması ilə İranın gəlirləri də azalmalı idi:

“ABŞ, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İranın istehsal payının azaldılmasını istəyirdi. Bu isə İran üçün çox ağır zərər idi. Neft nazirinin rəhbərlik etdiyi heyət iclasın kənarında OPEK və qeyri-OPEK ölkələrinin nazirləri ilə sıx müzakirələr apardı. Halbuki həmin vaxtda bəzi ölkələr İranın da neft istehsalını azaltmasını istəyirdilər. Amma İran bunu qəbul etmədi”.

Qaraxani əlavə edib ki, OPEK son anda İran heyətinin faktlarını nəzərə alaraq neft istehsalının azaldılması ilə bağlı tələbləri aradan qaldırdı.