Ermənistan parlamentinin yeni tərkibdə ilk iclası 2019-cu il yanvarın 7-də keçiriləcək.
Strateq.az bildirir ki, bu barədə “Vətəndaş sazişi” partiyasının MSK-dakı nümayəndəsi Vahan Ovakimyan deyib.
Onun sözlərinə görə, MSK 16 dekabrda seçkilərlə bağlı nəticələri yekunlaşdıracaq. “MSK-nın qərarından sonra seçkinin nəticələrindən 5 gün ərzində şikayət vermək olar”.