XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 21:08

Fransa çempionatında daha iki oyun təxirə salınıb- Etirazlara görə

Futbol üzrə Fransa çempionatında daha iki oyun təxirə salınıb.

“Report” Fransa Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, çempionatın 18-ci turunda keçirilməsi planlaşdırılan “Nitsa” – Sent-Etyen” və “Nant” – Monpelye” əvvəlcədən təyin olunan vaxtda oynanılmayacaq.

Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. Oyunların polisin tələbi ilə təxirə salındığı bildirilir.

Qeyd edək ki, Fransada etirazlara görə bir neçə oyun təxirə salınıb.