XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

12 Dekabr 2018 - 22:17

Çin İranın qaz yatağına investisiyalarını dayandırıb- Səbəb

Çin Milli Neft-Qaz Korporasiyası (“CNPC”) İranın “Cənubi Pars” təbii qaz yatağına investisiyalarını dayandırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu addım Çinin ABŞ ilə ticari müzakirələr əsnasında gərginliyi azaltmaq məqsədi daşıyır.

Qeyd edək ki, daha əvvəl Fransanın “Total” neft-qaz şirkəti ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara görə “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsindən çıxıb.

İranın neft naziri Bijen Namidar Zəncənə Çin Milli Neft-Qaz Korporasiyasının “Cənubi Pars” təbii qaz yatağının 11-ci fazasının inkişafı layihəsində “Total” şirkətinin yerini tutacağını deyib. Beləliklə, layihədə 30 faizlik səhmdar olan CNPC “Total”ın bu layihədəki 50 faizlik səhmlərini də alaraq payını 80 faizə çatdırmağı nəzərdə tutur.