XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

13 Dekabr 2018 - 14:38

Baş nazir Netanyahudan hədə:"LAZIM GƏLƏRSƏ, İRANA HƏRBİ MÜDAXİLƏ EDƏCƏYİK"

Herb Keynon

“Jerusalem Post”

 

İsrail baş naziri Benyamin Netanyahu İsrailin təhlükəsizliyi üçün zəruri olduğu təqdirdə, İran sərhədində hərbi əməliyyat keçirilməsini istisna etmədiyini dilə gətirib.

İsrailin İran sərhədləri içərisində hərəkət edə bilib-bilməyəcəyinə dair suala Netanyahu belə cavab verib: “Bizim “qırmızı xətlər”imiz – sağ qalmağımızdır. Açıq-aşkar şəkildə yəhudi dövlətini məhv etməyə çağıran İran rejiminə qarşı İsraili qorumaq üçün lazım olan hər şeyi edirik”.

İsrailin İran daxilində hərbi əməliyyata cəlb edilməsi ilə bağlı Netanyahu deyib: “Özümüzü müdafiə etmək üçün ən zəruri şeyləri etməliyik. Hazırda İsrail İran qüvvələri ilə birbaşa təmasda olan dünyanın ən böyük hərbi birliyidir. Suriyada bunu edir və onları geri çəkilmək məcburiyyətində qoyuruq”.

Netanyahunun sözlərinə görə, İran “1500 km uzaqlıqda yerləşən ordusunu sərhədlərimizə gətirməkdə maraqlıdır. Bütün İsraili əhatə edən 400-700 km uçuş məsafəli orta mənzilli raketlərini sərhədlərimizə gətirmək istəyir və bizi məhv etmək məqsədi ilə 80 minlik şiə milisini hüdudlarımıza çatdırıb”.

Netanyahu deyib ki, “siyasətimiz hər zaman “hələ kiçik olan pis şeyləri dayandırmaq” olub. “Buna görə də, biz İranla Suriyada üz-üzə gəlirik və ehtiyac varsa, özünüzü qorumaq üçün lazım olan hər şeyi edəcəyik”.

Türkiyədə Camal Xaşuqcinin öldürülməsi nəticəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın özünü ləkələdiyinə dair sualla bağlı baş nazir bildirib ki, İstanbulda yaşananlar “dəhşətli”dir və Səudiyyə Ərəbistanı ilə əlaqəsi olan hər bir ölkə bu məsələni “öz üsuluna uyğun” həll edəcək.

Bununla belə, Səudiyyə Ərəbistanının Yaxın Şərqdə oynadığı rolun vacibliyini nəzərə alaraq, məsələni balanslaşdırmaq lazımdır, “çünki Səudiyyə Ərəbistanı qeyri-sabitləşsə, təkcə Yaxın Şərq deyil, dünya da qeyri-sabitləşəcək. Hesab edirəm ki, bu, nəzərə alınmalıdır”.

Netanyahu, İran kimi ölkələrin ikiüzlülüyünü də tənqid edib: “onlar ictimai meydanlarda geylər, jurnalistlər və müxalifləri asaraq, əxlaqdan dəm vururlar”.

Qeyd edək ki, hər il hökumət Mətbuat Ofisində xarici jurnalistlər üçün baş nazirlə görüş keçirir və bu il o, Qüdsdəki “Şalva Mərkəzi”ndə baş tutub.

Netanyahu təhlükəsizlik, kəşfiyyatı və texnologiya sahəsində İsrailin dünya ilə əlaqələrinin necə çiçəkləndiyinə dair məruzə etdikdən sonra ona beş sual verilib.

Bu suallardan biri ona qarşı polis istintaqları ilə əlaqədar olub.

Baş prokurorun iddianamə ilə bağlı qərar son verəcəyi halda, bunun Netanyahunun siyasi hesablamalarına necə təsir edəcəyi haqqında sualı baş nazir belə cavablandırıb: “İnanıram ki, bundan heç nə olınmayacaq, çünki ortada heç bir şey yoxdur. Bu, mənə dəstəyə təsir etmir, çünki insanlar dediklərimə inanır və biz ölkə üçün düzgün olanları edirik”.

Baş nazirin sözlərinə görə, “İsrail xalqı da vaxt gəldikdə bunu ifadə edəcək”.

 

Tərcümə: Strateq.az