“Rəcəb Tayyib Ərdoğan artıq ABŞ-ın vədlərinə inanmır və yeni hərəkat üçün bütün hazırlıqlar görülüb”.
Bu barədə “Nezavisimaya qazeta”nın məlumatında deyilib.
Bildirilib ki, YPG birliklərinin yox edilməsi ilə türk-amerikan əsgərlərinin qarşı-qarşıya savaşması ehtimalı olduqca yüksəkdir.
Qeyd edək ki, Ərdoğan Türkiyə ordusunun bir neçə gündən sonra Suriyanın kürdlərin nəzarətində olan Menbiç rayonunda əməliyyatlara başlayacağını bəyan edib.