XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2018 - 09:24

Tramp Putinlə görüşmək üçün şərtini açıqladı:“Onlar azad edilməyincə görüş olmayacaq”  

“Moskva Krım yaxınlığında ələ keçirdiyi Ukrayna gəmilərini və dənizçilərini buraxmayınca ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşməyəcək”.

Strateq.az bildirir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan edib:

“Gəmilər və dənizçilər buraxılmayınca yaxın gələcəkdə belə bir görüşün keçirilməsinə şərait görmürəm”, – deyə Bolton dekabrın 13-də jurnalistlərə deyib.

Rusiya noyabrın 25-də Qara Dənizlə Azov dənizini birləşdirən Kerç boğazında Kiyevin 3 donanma gəmisini və 24 dənizçisini ələ keçirib. Moskva gəmilərin Krım region yaxınlığında Rusiyanın ərazi sularına qanunsuz girdiyini iddia edir. Rusiya Ukraynanın Krım regionunun 2014-cü ildə ilhaq edib. Ukrayna və BMT üzvləri bu ilhaqı tanımayıb. NATO Ukrayna donanmasına dəstəyini bildirib. Baş katib Yens Stoltenberq dekabrın 13-də deyib ki, “Rusiya ələ keçirdiyi dənizçiləri və gəmiləri dərhal buraxmalı, Ukraynanın Azov dənizindəki limanları daxil olmaqla, hərəkət azadlığına imkan verməlidir”.

“Bu, Rusiyanı sabitsizlik yaratma davranışının bir hissəsidir. Rusiyanın Krımı qanunsuz ilhaq etməsini güclü şəkildə pisləyirik”, – Stoltenberq söyləyib.

Putinlə Tramp məsələni dekabrın 1-də Argentinada Böyük 20-liyin sammitində müzakirə edib. Bunu Kreml bildirib. Tramp sammit ərəfəsində elan edib ki, Kerç boğazındakı insidentdən dolayı Putinlə rəsmi üzbəüz görüş keçirməyəcək.