XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2018 - 17:47

NATO-nun baş katibi Kosovo ordusunun yaradılmasına qarşı çıxıb:“Pis vaxt seçilib”

NATO-nun Baş katibi Yens Stoltenberq xüsusi bəyanatında Kosovo hakimiyyətinin milli ordu yaratmaq istiqamətində addımlarının təəssüf doğurduğunu deyib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 14-də Kosovoda təhlükəsizlik qüvvələrinin orduya çevrilməsi prosesinə təkan verən üç qanun qəbul olunub.

“Təəssüf edirəm ki, NATO-nun narahatlığının əksinə olaraq belə qərar verilib. Kosovonun təhlükəsizlik qüvvələrini orduya çevrilmək barədə qərar verməyə prinsipcə ixtiyarı çatsa da, biz pis vaxt seçildiyini aydın şəkildə göstərmişik”, – NATO baş katibinin Şimali Atlantika Alyansının mətbuat xidməti tərəfindən Brüsseldə yayımlanan bəyanatında belə deyilir.

Kosovo parlamentinin cümə günü qəbul etdiyi qanun layihələri təhlükəsizlik qüvvələrinin sayının iki dəfə artırılaraq 5 min nəfərlik tam həcmli peşəkar orduya çevrilməsini nəzərdə tutur.