XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2018 - 19:12

Tramp bayram qabağı jurnalistləri qəbul etməyəcək- Ağ evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp yeni il qabağı Ağ evdə KİV nümayəndələrinin ənənəvi qəbulunu və ziyafəti ləğv edib.

“Report”un xəbərinə görə, məlumatı “Fox” televiziyası yayıb.

“Bu il qarfikə mətbuat üçün yeni il ziyafəti daxil edilməyib. Ancaq Ağ evə bayramqabağı ekskursiya etmək istəyən jurnalistlər və ailə üzvlərinin təklifi reallaşdırılacaq”, – Ağ evdən bildirilib.

Ötən il Donald Tramp xanımı Melana Trampla birlikdə jurnalistləri qəbul etsə də, qonaqlarla birlikdə şəkil çəkdirmək istəməmişdi.

Qeyd edək ki, KİV nümayəndələrinin yeni il qabağı Ağ evdə qəbulu ənənəsini ABŞ-ın 30-cu prezidenti Kalvin Kulica qoyub. O, 1923-1929-cu illərdə ABŞ-ın prezidenti olub.