XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2018 - 22:57

Tramp:"Vaşinqton və Pekin tezliklə ticarət sazişi imzalaya bilər"

 

 

 

 

 

 

 

ABŞ prezidentiDonald Tramp rəsmi Vaşinqton və Pekinin tezliklə ticarət sazişi imzalayacaqlarını istisna etməyib.

“Report” xəbər verir ki, ABŞ rəhbəri bu barədə özünün “Twitter” hesabında yazıb.

“ABŞ-ın işləri çox yaxşı gedir. Çin böyük və hərtərəfli saziş imzalamaq istəyir. Bu, baş verə bilər və çox tezliklə!”, – deyə Tramp yazıb.

Amerika lideri bildirib ki, hazırda Çin iqtisadiyyatı ABŞ-la ticarət qarşıdurması fonunda cüzi artıma malikdir.

ABŞ prezidenti daha əvvəl də bildirib ki, AmerikaÇin ticarət sövdələşməsi imzalamağa yaxındır, lakin o, hazırkı vəziyyətin ABŞ tərəfini qane etmədiyini düşünür.