XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2018 - 23:11

ABŞ Senatı jurnalistin ölümünə görə Səudiyyə şahzadəsini günahlandırdı –QƏTNAMƏ

ABŞ Senatı səudiyyəli jurnalistin ölümünə görə vəliəhd şahzadə Məhəmməd bin Salmanın məsuliyyət daşığıdığını tanıyan qətnamə qəbul edib.

Strateq.az Amerikanın Səsi radiosuna istinadən bildirir ki, qətnamə rəsmi Riyadı Camal Xaşuqcinin qətlində bütün əli olanların məsuliyyətə cəlb edilməsinə çağırır.

The Washington Post qəzetində köşə yazarı qismində çalışan Xaşuqci oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.

Yekdil şəkildə ABŞ Senatı deyib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Xaşuqcinin qətlin görə məsuliyyət daşıyır. Bu, sərt bəyanatdır. Bu, bizim əziz tutduğumuz dəyərlərə uyğundur,” – deyə qətnamənin sponsoru Respublikaçı senator Bob Korker bildirib.

Korker ABŞ Senatında Xarici Əlaqələr Komitəsinin sədridir.

ABŞ Prezidenti Donald Tramp deyib ki, o, Vaşinqtonun Səudiyyə hökuməti və şahzadə ilə çiyin-çiyinə dayanmasını istəyir, hərçənd ki, Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) müəyyən edib ki, Xaşuqcinin qətlinə göstərişi bin Salman özü verib.

Tramp Senatın Səudiyyə Ərəbistanının Yəməndəki müharibəsinə dəstəyə son qoyulmasına dair qətnaməsinə veto qoyacağını bildirib.

Qətnamənin əleyhdarları ABŞ-ın Səudiyyə Ərəbistanı ilə strateji münasibətlərini pozmaqda ehtiyat göstərirlər. Onlar Riyada ABŞ-ın regiondakı rəqibi və İsrailin əsas düşməni İrana qarşı balanslaşdırıcı qüvvə kimi baxırlar.