XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 10:05

Tramp Mik Malvenini Ağ Evə aparat rəhbəri təyin edəcək- Açıqlama

 

ABŞ prezidenti Donald Tramp Ağ Evin inzibati-büdcə idarəsinin direktoru Mik Malvenini Ağ Evin aparatının rəhbəri vəzifəsinə təyin etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti öz “Twitter” hesabında yazıb.

D.Tramp bildirib: “İnzibati-büdcə idarəsinin direktoru Mik Malveninin namizədliyi ölkəmizə çox gözəl xidmət edən Con Kellinin gedişindən sonra Ağ Evin aparatının rəhbəri vəzifəsinə irəli sürüləcək”