XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 12:06

Çexiyanın yüksək vəzifəli siyasətçilərini yeni il hədiyyəsi gözləyir- Məvacibləri 9 faiz artırılır

Çexiya Prezidenti Miloş Zeman gələn ildən başlayaraq yüksəkvəzifəli siyasətçilərin məvacibinin 9 faiz artırılması haqqında qanun imzalayıb.

Hazırda onların məvacibi 82.400 krona (3296 avro) çatır.

AZƏRTAC xəbər verir ki, bu artıma görə, ilk növbədə, Avropa Parlamentinin Çexiyadan olan deputatları, habelə icra və məhkəmə hakimiyyəti məmurları sevinəcəklər.

Ölkədə orta əməkhaqqı 31.500 krona (1260 avro) bərabərdir.