XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 12:34

Şri-Lankanın Baş naziri istefa verib- Ali Məhkəmənin qərarından sonra

Şri-Lankanın Baş naziri Mahinda Racapaksa dekabrın 15-də postunu tərk edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Mahinda Racapaksa bu addımı “dövlətdə sabitliyin təmin olunması” məqsədilə atdığını bildirib.

“Press Trust of India” agentliyinin məlumatına görə, Şri-Lanka hökumətinin başçısı postuna Prezident Maytripala Sirisenanın oktyabr ayında istefaya göndərdiyi Ranil Vikramasinqhe qayıdacaq.

Ölkədə siyasi böhran oktyabrın 26-da Baş nazir postunda Ranil Vikramasinqheni əvəzləyən Mahinda Racapaksanın andiçmə mərasimindən sonra başlayıb. Şri-Lanka Ali Məhkəməsinin dekabrın 13-də çıxardığı qərara əsasən, Racapaksa Baş nazir funksiyasını yerinə yetirə bilməz. Bu səbəbdən də o, vəzifəsini tərk etməli olub.