XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 16:22

“Boeing”in Çində ilk yığım zavodu işə başlayıb- Növbəti 20 ildə 7700 yeni təyyarəyə ehtiyac olacaq

ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkətinin Çində 737 modeli təyyarələrinin yığım zavodunun açılış mərasimi olub.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Couşan şəhərindəki zavodda “Air China” şirkəti üçün yığılmış ilk 737s təyyarəsi də mərasimdə təqdim olunub.

Bildirilir ki, “Boeing”in Çində zavod açmaqda niyyəti dünyanın ən böyük aviasiya bazarlarından biri olan Çində rəqibi “Airbus” şirkəti ilə ayaqlaşa bilməkdir.

Çin Kommersiya Təyyarələri Korporasiyası (COMAC) ilə müştərək qaydada yaradılan müəssisədə ildə 100 təyyarənin yığılması nəzərdə tutulub.

Qeyd edək ki, “Boeing” ötən il istehsal etdiyi təyyarələrin təxminən 25 faizini Çinə satıb. Şirkətin proqnozlarına əsasən, Çinin növbəti 20 ildə 1,2 trilyon dollar dəyərində 7700 yeni təyyarəyə ehtiyacı olacaq.