XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 18:24

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər

Qonşu ölkələrlə idxal rüsumlarını ləğv etmək üçün məsləhətləşmələr aparmaq, ixracı sadələşdirmək, əlavə dəyər vergisini ləğv etmək, önəmli layihələrə yatırım etmək yerli istehsala dəstəyin həll yollarıdır.

Trend-in məlumatına görə, bunu İranın Polad İstehsalçıları Assosiasiyasının rəyasət heyətinin üzvü Rza Şəhristani deyib.

Onun sözlərinə görə, İraq və Əfqanıstan İrandan polad idxalına 90 dollarlıq rüsum təyin edib. Bunun səbəbi sanksiyalar və yerli istehsalçılar arasında mənfi rəqabətin formalaşmasıdır:

“Sanksiyalar şəraitində İran öz məhsullarını bütün ölkələrə ixrac edə bilməz. Digər tərəfdən yerli şirkətlər arasında satış üzrə mənfi rəqabət ixracatçıların məhsulların qiymətini azaltmalarına gətirib çıxarıb”.

R.Şəhristani bildirib ki, qonşu ölkələrlə idxal rüsumlarını ləğv etmək üçün məsləhətləşmələr aparılmalıdır.