XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 18:56

“BMW” və “Tesla” qiymətləri aşağı salıb- ABŞ-ın qərarından sonra

Çin hökumətinin ABŞ istehsalı olan avtomobillərə tətbiq olunan əlavə tarifləri dayandırması qərarından sonra “BMW” və “Tesla” Çin bazarında satışa çıxardığı nəqliyyat vasitələrinin qiymətlərini aşağı salıb.

AZƏRTAC xəbər verir ki, “BMW” konserninin ABŞ-dakı zavodlarına yığılmış X5 avtomobilinin qiyməti 30 min yuan (4340 ABŞ dolları) azaldılıb. Bundan başqa, X6, X5M və X6M avtomobillərinin qiyməti Çinin ABŞ avtomobillərinə əlavə tariflər tətbiq etməyə başlamasınadək olan səviyyəyə endirilib.

Analoji qərarı “Tesla” şirkəti də qəbul edib. Belə ki, “Model S” və “Model X” avtomobillərinin qiymətləri müvafiq olaraq 15200 və 9400 dollar aşağı salınıb.