XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2018 - 20:51

Rusiyalı biznesmenlər Davos forumunda iştirak edə biləcəklər- Qadağa ləğv edilib

Rusiyalı biznesmenlər gələn ay İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edə biləcəklər.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbə bildirib.

Məlumata görə, forumun təşkilatçıları rus sahibkarların tədbirdə iştirakına qoyulmuş qadağanı ləğv edib.

Xatıradaq ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin yerli iş adamlarının Davosa gedib-getməmək barədə qərar verməkdə sərbəst olduqlarını açıqlayıb.