XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 21:42

XİN:"Qətər qonşuları ilə danışıqlar aparmır"

“Qətər ona qarşı blokada siyasəti yeridən qonşu dövlətlərlə il yarımdır hər hansı danışıqlar aparmır”.

Bunu Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl Tani Doha Forumundakı çıxışı zamanı bildirib.

“Körfəz böhranına nəzər salsanız, hər kəs bilir ki, bunun heç bir əsası yoxdur, həmin ixtilafda böyük rolu texnologiyalar oynayıb. Vəziyyətin 18 aydır donduğunu görürük, bütün bu müddət ərzində bizimlə başqa Körfəz ölkələri arasında hər hansı bir dialoq yoxdur”, – deyə o, qeyd edib.

Xatırladaq ki, 2017-ci ilin iyun ayında Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək bu ölkə ilə diplomatik münasibətləri və hər hansı əlaqələri dayandırıblar. Qətər bu addımları iqtisadi nailiyyətlərinə paxıllıqdan doğduğunu bildirmişdi/Report.