XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 10:10

Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçiriləcək- Bu gün

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili bazar günü vəzifəsinin icrasına başlayacaq.

AZƏRTAC xəbər verir ki, yeni dövlət başçısının inauqurasiyası Telavi şəhərində olacaq. Mərasim dekabrın 16-da yerli vaxtla saat 15:00-da başlayacaq və təxminən 40 dəqiqə davam edəcək.

Telavi şəhəri Tbilisidən 105 kilometr məsafədə yerləşir. İnauqurasiya mərasimi buradakı qədim çar kompleksində – II İraklinin (1720-1798) iqamətgahında keçiriləcək. Bu, ölkədə qorunub saxlanılan yeganə çar sarayıdır.

Mərasimdə 1800 yerli və xarici qonağın, həmçinin ölkə silahlı qüvvələrinin 200 hərbi qulluqçusunun iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səs toplayaraq seçkilərdə qalib gəlib.