XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 10:00

“Sarı jiletlilər”in etirazları səngimir- Dünənki aksiyalarda azı 66 min nəfər iştirak edib

Fransada “sarı jiletlilər”in dekabrın 15-də keçirilən növbəti etiraz aksiyalarında azı 66 min nəfər iştirak edib.

AZƏRTAC xəbər verir ki, BFM telekanalının Fransa Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, Parisdə etirazçıların sayı 3 min nəfərdən çox olmayıb.

Telekanal qeyd edir ki, ötən şənbə günü nümayişçilərin sayı 126 min nəfərə çatmışdı.

Fransada noyabrın 17-dən başlayaraq avtomobil yanacağının qiymətinin bahalaşmasına, vergilərin artırılmasına qarşı çıxan “sarı jiletlilər” hərəkatının kütləvi etiraz aksiyaları keçirilir. Nümayişlər bir sıra hallarda polislə toqquşmalar və iğtişaşlarla müşayiət olunur. Son məlumata əsasən, aksiyaların gedişində indiyədək 7 nəfər həlak olub, 4,5 mindən çox etirazçı saxlanılıb.