XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 11:06

Angela Merkel üçün yeni təyyarə alınacaq- Ən azı 200 milyon avroya

Almaniyanın Müdafiə Nazirliyi ötən ay kansler Angela Merkelin təyyarəsinin texniki nasazlıq səbəbindən məcburi eniş etməsini nəzərə alaraq, ən azı bir ədəd “A330” və ya “A350” tipli uzaqmənzilli təyyarə almağı planlaşdırır.

“Report” “Bild am Sontag” nəşrinə istinadən xəbər verir ki, həmin təyyarə istehsalat ili və təchizat səviyyəsinə görə 200-300 milyon avroya başa gələcək.

Noyabr ayının axırında Almaniyanın hökumət başçısı G-20 zirvə görüşündə iştirak etmək üçün Buenos Ayresə yola düşərkən, təyyarədəki nasazlıq ucbatından Kölndə yerə məcburi eniş edib və adi sərnişin təyyarəsinə minərək sammitə gecikmişdi.