XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 11:30

Çində zəlzələ olub- 5,7 bal gücündə

Dekabrın 16-da yerli vaxtla günorta 12:46-da (Bakı vaxtı ilə 08:46) Çinin Siçuan vilayətinin İbin şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkəsi Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri yer səthindən 12 kilometr dərinlikdə olub. Zərərçəkənlər və yaralananlar, həmçinin dağıntılar barədə hələlik məlumat yoxdur.