XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2018 - 19:33

Netanyahunun oğlundan qalmaqallı açıqlama:"Bölgəyə barışın gəlməsi üçün iki seçim var"

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu qalmaqal yaradacaq açıqlama verib.

“Yəhudilər, ya da müsəlmanlar Fələstin torpaqlarını tamamilə tərk etməsə, bu bölgədə heç zaman sülh olmayacaq. Mənim şəxsi fikrimə gəldikdə isə, ikincisini seçərdim” – deyə bu barədə özünün facebook profilində yazıb.

Bölgəyə barışın gəlməsi üçün iki seçimin olduğunu bildirən Yair Netanyahu, özünün fikirləri ilə fələstinli müsəlmanları bu torpaqlarda istəmədiyini açıq şəkildə göstərib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun 27 yaşlı oğlu Yair Netanyahu bundan əvvəl də dünya gündəmində qalmaqala səbəb olacaq mesajlar vermişdi.

Musavat.com