XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 21:13

Gürcüstan müxalifəti Tbilisidə etiraz aksiyasına başlayıb- Parlamentin binası qarşısında çadırlar qururlar

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları Tbilisidə, parlament binası qarşısında etiraz aksiyasına başlayıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, aksiya iştirakçıları Salome Zurabişvilini Gürcüstan prezidenti kimi tanımadıqlarını bildiriblər.

Etirazçılar həmçinin bu gün Telavi şəhəri və Qurcaani rayonunda polislə müxalifətçilər arasında baş vermiş qarşıdurmalara da etiraz edirlər.

Aksiya iştirakçıları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.

Bundan öncə VMHP-nin lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfdarlarına müraciət edərək, onları Tbilisinin Rustaveli prospektinə toplaşmağa çağırıb.

Qeyd edək ki, bu gün Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.