XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2018 - 09:35

Səudiyyə Ərəbistanı Xaşuqci ilə bağlı ittihamları rədd edir –Ər-Riyad ABŞ Senatına cavab verdi

Səudiyyə Ərəbistanı ölkənin varis şahzadəsi Məhəmməd bin Salman Əl-Səudun jurnalist Camal Xaşuqcinin qətlində məsuliyyət daşıması ilə bağlı ABŞ Senatının qətnaməsini rədd edib.

Strateq.az “report”a istinadən məlumat verir ki, bu barədə Səudiyyənin SPA agentliyi krallığın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib.

Bəyanatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı krallığı bu yaxınlarda Birləşmiş Ştatların Senatı tərəfindən açıqlanmış, əsassız iddialara və ittihamlara əsaslanan, krallığın daxili işlərinə kobud müdaxiləni özündə cəmləşdirən, bu ölkənin regional və beynəlxalq rolunu pozan mövqeyi rədd edir.

Bununla yanaşı, nazirlik krallığın Birləşmiş Ştatlarla münasibətlərin inkişafına sadiqliyini vurğulayıb. Krallıq ASenatının mövqeyi ilə bağlı narahatlığını ifadə edib.

ABŞ Konqresinin Senatı ötən cümə axşamı ərəb jurnalist Camal Xaşuqcinin qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib.