XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 20:55

Səudiyyə Ərəbistanı Livana 4 milyard dollarlıq yardımdan imtina edib:Səbəb “özünü yaxşı aparmamaqdır”

Suudi Arabistan Lübnan ordusuna yardımdan vazgeçti

Səudiyyə Ərəbistanı Livan ordusu və təhlükəsizlik təşkilatına vermək istədiyi 4 milyard dollarlıq yardımdan imtina edib.

Strateq.az-ın bildirdiyinə görə, bu məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA yayıb.

Xəbərə görə, Səudiyyə Ərəbistanı Livan ordusuna Fransa vasitəsilə vermək istədiyi 3 milyard, ölkənin təhlükəsizlik təşkilatına isə 1 milyard dollarlıq yardım qərarından qarşı tərəfin "iki ölkə arasındakı qardaşlıq əlaqələrinə uyğun gəlməyən mövqeyini" əsas gətirərək imtina edib.

Rəsmi Riyad hadisəylə bağlı açıqlamasında vəziyyətin bu nöqtəyə çatmaması üçün əlindən gələni etdiyi bildirib və hər zaman Livan xalqının yanında olacağını vurğulayıb.

Qeyd edək ki, Livanın əsas hərbi qüvvəsi sayılan Hizbullah Rusiya, İraq və İranla birlikdə 300 mindən çox insanın öldürüldüyü Suriyada beynəlxalq koalisiyanın dəstəklədiyi “mülayim müxaliflərə” qarşı vuruşur. Görünür, Riyadın acığına gələn də elə budur.

Strateq.az