XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 10:05

Paşinyan Sarkisyanın qovduğu generalı özünə müşavir təyin etdi –Karapetyan Nazirlər Kabinetinə gətirilib

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan general-mayor Arşak Karapetyanın Nazirlər Kabineti başçısının müşaviri təyin olunması barədə sərəncam imzalayıb.

Bu barədə xəbəri Rusarminfo saytı yayıb.

İnformasiyaya əsasən, Arşak Karapetyan Nikol Paşinyan administrasiyasında təhlükəsizlik məsələlərinə nəzarət edəcək.

A.Karapetyan 2018-ci ilin fevralından indiyədək Ermənistanın Rusiyadakı səfirliyi yanında hərbi attaşe vəzifəsini tuturdu. Nəşr xatırladır ki, 2016-cı ilin aprelindəki Qarabağ döyüşləri vaxtı Karapetyan Ermənistan silahlı qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinə rəhbərlik edirdi və həmin hadisələrdən dərhal sonra tutduğu vəzifədən kənarlaşdırılmışdı. Onda Karapetyandan başqa, Baş Qərargahın digər vəzifəli şəxsləri də öz postları ilə vidalaşmalı olmuşdular.