XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 11:03

“Bəşər Əsədin Türkiyə ilə anlaşma ehtimalı daha güclüdür” –Rusiyalı ekspert

“Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyata başlayacağı təqdirdə, rəsmi Dəməşq YPG-yə dəstək verməyəcək”.

Bu açıqlama ilə rusiyalı siyasi ekspert Boris Dolqov çıxış edib.

“ABŞ YPG-yə dəstək verir və onların nəzarətindəki ərazilərdə hərbi bazalarını yaradır. Bu torpaqlarda yerli idarələr yaradılır və əslində ABŞ-ın rəhbərliyi altında və kürd qruplaşmaların əli ilə Suriyanın parçalanması istiqamətində iş aparılır. Türkiyə isə YPG-yə qarşı hərəkət edir, çünki onu özü üçün risk olaraq görür. Suriya hökuməti sözügedən kürd silahlı qruplaşmanı ABŞ-ın maraqlarına xidmət edən qüvvə kimi bilir. Böyük ehtimalla ssenari gerçəkləşərsə, Suriya hökuməti kürd qruplarla heç bir müştərək iş görməyəcək. Dəməşqin YPG-yə dəstək verməsi ehtimalındansa, Türkiyə ilə anlaşma ehtimalı daha güclüdür”, – Dolqov qeyd edib/Axar.az.