XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 11:47

FTX rəsmisi:"Son 5 ildə Rusiyada hərbçilərə qarşı planlaşdırılan 4 terror aktının qarşısı alınıb"

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) son 5 il ərzində hərbçilərə qarşı planlaşdırılan 4 terror aktının qarşısını alıb.

Bunu FTX-nin Hərbi əks-kəşfiyyat idarəsinin rəisi general-polkovnik Nikolay Yuryev bildirib.

Onun sözlərinə görə, Hərbi əks-kəşfiyyat idarəsi terror yönümlü 6 cinayətin qarşısını alıb və 25 ekstremist qruplaşmanın fəaliyyətini aşkarlayıb.

General-polkovnik bildirib ki, son 5 ildə xüsusi xidmət orqanlarının əməkdaşları hərbi hissələrdən qanunsuz çıxarılan 2 mindən çox odlu silah, iki milyona yaxın sursat, 377 əldəqayırma partlayıcı, eləcə də 32 ton partlayıcı maddə müsadirə edib.

Qeyd edək ki, bir müddət əvvəl FTX-nin direktoru Aleksandr Bortnikov 2018-ci ildə 65 terrorçunun, o cümlədən 10 dəstəbaşçısının, habelə 236 terrorçunun və terrorçuların 589 himayəçisinin zərərsizləşdirldiyini bildirmişdi/Report.